Növlər
Dizşəkilli açılma növü
Bu cəlbedici formalara malik günəşdən qoruma qurğuları heç bir standart ölçülərə və ya standart quraşdırılma sxemlərinə malik deyil. Belə ki, bunlar yalnız müştərinin şəxsi istək və tələblərinə uyğun olaraq hazırlanır. Sərt, aydın xəttlərə malik bu sistemlər xarici məkana mükəmməl qaydada inteqrasiya oluna bilir. Bunlarla yanaşı müxtəlif örtük və material seçimləri də mövcuddur. Sistem konstruksiyaları üfüqi oxlu qatlamalı iki avtomatik elementdən ibarətdir. Dərin qalvanizasiyalı və rənglənmiş metal çərçivə taxta/alüminium/şüşə ilə örtülmüşdür. Mexanizmlər kənar tərəflərində yerləşdirilmiş neylon kəmərlərlə hərəkətə gəlir və binanın içərisində quraşdırılmış nəzarət qapılarına malik xüsusi qutuda elektrik mühərrik ilə idarə olunur.
Ötürücülük polad vallar, özü yağlanan kardan şarnirlər və birləşdirici elementlər hesabına baş verir.
Mexanizmin hərəkəti zamanı baş verən mühərrik dönmələri, başlanğıc və son pozisiya, sürət və təhlükəsizlik kimi amillər mühərrik ilə kontakt yaradan mikrosensorlar vasitəsilə idarə olunur. Bu mexanizmlər həmçinin ağıllı ev sisteminə və ya məsafədən idarəetmə sisteminə də (ən üst versiya) inteqrasiya edilə bilir. Bütün mexaniki hissələr elektro-qalvanizasiyadan keçir. Bu növ qatlanan mexanizmlərin quraşdırılması üçün divar elektrik açarı ilə idarə olunan 220 V elektrik təchizatı tələb olunur.
Günəşdən qoruyan sürgülü sistemlər
Brise-soleil texnikası ilə açılan sistemlər müxtəlif qalınlığa və xarici səthlərə uyğunlaşdırıla bilər. Jalüz panjurları fiksasiya edilə və ya nizamlana bilər. Onlar fiksasiya edilmiş və ya sürgülü çərçivələrə daxil edilir və bununla müxtəlif estetik effektlər yaradır.
Sifarişin şəxsi istəyə görə uyğunlaşdırılması üçün geniş imkanlar mövcuddur:
- material seçimləri: çeşidli alüminium və taxta növləri
- Standart RAL rəngləri və ya istəyə uyğun xüsusi rənglər.
Bu xarakteristikaları sayəsində brise-soleil texnikası quraşdırıldığı ev fasadlarına inteqrasiya edilə bilir.
Alüminium jalüzlər (Brise-soleil)
Bu məhsul xüsusilə çöl qapılar üçün layihələndirilir və eni 94mm təşkil edən rəngli alüminium lamellərdən hazırlanır. Soyuq qaynaq lamellərdə səsin qarşısını alan və yerin qaranlıqlaşmasını daha da artıran kipkəclər qoyulur. Lamellərin sonluqlarında yüksək bərkliyə malik istiqamətləndirici alüminium sürgülü payacıqlar da var.
Bütün lamellər bir-birinə poliester örtüklü karbon liflərdən hazırlanmış dartıcı qurğu ilə birləşir. Tellər lamellərə paslanmayan polad pərçimlər ilə bərkidilir. Jalüzinin aşağı profili ekstruziyalı alüminiumun son profilindən istifadə edilərək hazırlanır və lamellər kimi anodlaşdırılmış və ya poliester toz boyası ilə eyni rəngdə rənglənir. Yan istiqamətləndiricilər 22x24mm ölçüdə olan ekstruziyalı alüminiumdan istifadə edilərək hazırlanır və bunlar lamellərin hazırlanma qaydasındakı kimi anodlaşdırılır və ya eyni rəngdə poliester tozu ilə rənglənir.
Pəncərə Panjurları
Alüminium brise-soleil
Brise-soleil məhsulları aluminium-maqnezium metal qarışıqlı lamellərdən hazırlanır, cızılmaya qarşı davamlı boyalar ilə rənglənir, eni 97mm və qalınlığı isə 0.6 mm təşkil edir. Səs-küyün qarşısını almaq üçün bu növ məhsullar hər iki tərəfdən haşiyələnir və ara qatları ilə kipləşdirilir. Küləyə davamlı olan və çöl tərəfdən görünməyən lamel tutqacları sayəsində onların hər biri rels pivotlarının sonluğuna fiksasiya edilir.
Özüdayanan alüminium kənar uc relsləri təbii rəngdə ola və ya rənglənə bilər. Səs ötürməyən və hava şəraitinə davamlı taxmalar da var. İşlək vəziyyətdə lamellərin avtomatik enməsi 37°, 45° və ya 70° bucaqlarda seçilə və istənilən hündürlükdə saxlanıla bilər. Brise-soleil məhsulları elektrik – idarəetmə blokuna yerləşdirilmiş tək-fazalı asinxon 230 V- 50 Hz –IP44 mühərriklər vasitəsilə idarə olunur.