Bugün biz sizə tipik kənd evi görünüşündə olan şəxsi villa haqqında danışmaq istəyirik: Villa Piacenza.
Şimali İtaliya dağları ilə əhatələnmiş bu villa təbiət ilə tam şəkildə harmoniyadadır. Onun arxitektur həlli landşafın sanki bölünməz bir hissəsidir.
Arxitektor Geert Koster bütün konstruksiyanı ekodavamlılıq prinsipi üzərində layihələndirmişdir; yüksək səviyyədə enerji effektivliyi arxitektorun qeyd etdiyi meyarlar əsasında reallaşdırılmışdır.
Villa 2020-ci ildə Carminati məhsullarında yer alan qapı və sürgülü mexanimzlərdən istifadə edilərək layihələndirimişdir. Burada Skyline Minimal Frames pəncərələri ağ divarlarla harmoniya yaratmaq üçün ağ laklı küknar ağacından hazırlanmışdır.
Otaqların interyeri isə evin xarakterinə uyğun gəlir.
Giriş qapıları iki və dörd yarpaqlıdır, otaqlardakı qapılar isə sürgülüdür. Bütün bunlar otağa təbii gözəllik qatır.
Villanın ətrafında gözoxşayan bağça da var, bu peşəkar “Studio Antonio Perazzi” tərəfindən yaradılmışdır. Yerli landşafın biomüxtəlifliyini göstərmək üçün bağçadakı bitkilər çox diqqətlə seçilmişdir.